Harri Keyn Avropanın ən məhsuldar futbolçusu oldu


İdman 27 Dek 2017 10:06:00 307 0

Harri Keyn Avropanın ən məhsuldar futbolçusu oldu

İngiltərə Premyer Liqasının 20-ci turunda "Southampton"u qəbul edən "Tottenham"in 5:2 hesabı ilə qələbə qazanıb. London klubunun qollarından 3-nü Harri Keyn rəqib qapısından keçirib. Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu 2017-ci təqvim ilində Premyer Liqada 6-cı dəfə het-trikə imza atıb. Bu, turnirin tarixində rekord göstəricidir. Keyn Alan Şirerin 1995-ci ildə "Blackburn Rovers" müəyyənləşdirdiyi rekordu da yeniləyib. Şirer 22 il öncə 42 oyuna 36 qol vurmuşdusa, Keyn 36 oyuna 39 dəfə fərqlənib.

İngiltərə millisinin üzvü cari təqvim ilində Avropanın "Böyük beşlik" liqalarında ən sərrast futbolçu ünvanına da sahib çıxıb - 56 qol. Onun ən yaxın izləyicisi Lionel Messi (54) və Kriştianu Ronaldo (53 qol), Edinson Kavani (53) və Robert Levandovskidir (53). Qeyd edək ki, Harri Keyn 2017-ci ildə 2 dəfə Premyer Liqada "Ayın futbolçusu" mükafatına da sahib çıxıb.