Bakıda avtomobil velosipedçini vurub


Digərləri 27 Dek 2017 08:33:04 192 0

Bakıda avtomobil velosipedçini vurub

Bakıda avtomobil velosipedçini vurub. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu "Lada Priora" markalı avtomobil vurub. Müxtəlif xəsarətlər alan İ.İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakt Nizami RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.