Dominikanada bu içkidən 32 nəfər zəhərlənib: 12 ölü


Dünya 27 Dek 2017 08:36:18 254 0

Dominikanada bu içkidən 32 nəfər zəhərlənib: 12 ölü

Dominikan Respublikasının Elias-Pinya əyalətində saxta romdan 32 nəfər zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Altaqrasiya Qusman bildirib.

Onun sözlərinə görə, zəhərlənən 32 nəfərdən 12-si həlak olub. Spirtli içki olan rom Dominikanaya Haitidən gətirilib.