Porno materialları yayaraq əvəzində... GÖRÜNMƏMİŞ QAZANCIN SONU


Digərləri 27 Dek 2017 08:37:00 281 0

Porno materialları yayaraq əvəzində...  GÖRÜNMƏMİŞ QAZANCIN SONU

Polislər Rusiyanın Rostov vilayətində uşaqların təsviri ilə pornoqrafik materialların qanunsuz yayılmasında şübhəli bilinən 31 yaşlı kişini saxlayıblar.

Son.az xəbər verir ki, Almaniyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığın nəticəsində saxlanılan kişi qonorarı elektron ödəniş vasitəsi ilə kriptovalyuta (kriptovalyuta virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş şəbəkəsidir - red.) şəklində alırdı.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin əməkdaşları müəyyən ediblər ki, Novoçerkassk sakini internetdə uşaqların təsviri ilə 300 mindən çox pornoqrafik foto və 11 mindən yuxarı videomaterial yerləşdirib.

"Dindirilmənin gedişatında şübhəli cinayətdə iştirakını tamamilə təsdiq edib və pornoqrafik materialları necə və haradan aldığına dair ətraflı ifadələr verib", - Rusiyanın İstintaq Komitəsinin regional idarəsindən bildiriblər.