Pakistan mətbuatında Dağlıq Qarabağla bağlı yazı dərc edilib


Siyasət 27 Dek 2017 08:26:17 343 0

Pakistan mətbuatında Dağlıq Qarabağla bağlı yazı dərc edilib

“Dağlıq Qarabağ münaqişəsi regionun tam iqtisadi potensialını reallaşdırmaq və iqtisadi əməkdaşlığı inkşaf etdirməyə mane yaradır"

Pakistanın "Parliament Times" onlayn-nəşrində bu il həmin ölkədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti, onun iştirakçıları, o cümlədən Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yer alıb.

"Report" "Dailyparliamenttimes.com"a istinadən məlumat verir ki, məqalədə bildirilir ki, Sovet İttifaqının süqutundan sonra 1992-ci ildə təşkilatın tərkibinə yeni üzvlər, o cümlədən Azərbaycan daxil olub.

Azərbaycan dövlət başçısınında iştirak etdiyi, 2017-ci ildə İslamabadda keçirilən sammitin yekunlarına dair imzalanan Yekun Bəyannamədə iqtisadiyyat, nəqliyyat və digər sahələrə aid bir çox layihələr müəyyənləşdirilib. Yekun sənəddə həmçinin təşkilatın geniş coğrafi ərazisində həllini tapmamış, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair narahatlığının ifadə olunduğu vurğulanır.

"Dağlıq Qarabağ münaqişəsi regionun tam iqtisadi potensialını reallaşdırmağa və iqtisadi əməkdaşlığı inkşaf etdirməyə maneə yaradır. Həmçinin regional və daha geniş miqyasda iqtisadi əməkdaşlığın inkişafına təhdid törədir", - deyə məqalədə qeyd olunur.

Məqalədə həmçinin sammitdə iştirak edən prezidentlər tərəfindən bu kimi münaqişələrə aid və ərazi bütövlüyü, suverenlik, sərhədlərin beynəlxalq səviyyədə tanınmış toxunulmazlığı prinsipləri əsasında qətnamələrin mövcudluğu vurğulanır.

Məqalədə Yekun Bəyannamənin imzası zamanı Qırğızıstanın siyasi müddəalara atmamağı, bunun həm Azərbaycan, həm də Pakistan tərəfindən anlaşılmazlıqla qarşılandığı bildirilib. Azərbaycan buna Xarici İşlər Nazirliyi səviyyəsində reaksiya verib və Qırğızıstanın məlum addımının anlaşılmadığını vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BMT TŞ, İƏT və diğər təşkilatların sənədləri mövcud olduğu halda bu davranışın xüsusilə anlaşılmaz olduğu vurğulanır.

Məqalədə həmçinin Ermənistanın ərazi iddiaları səbəbindən bu ölkənin Azərbaycanla 20 ildən çox müharibə şəraitində yaşadığı, müharibə zamanı beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, 20 faiz ərazisini işğal etdiyi və bir millyon insana qarşı etnik təmizləmə siyasəti yürütdüyü deyilir.

Həmçinin BMT TŞ-ın Ermənistanın işğal olunmuş ərazilərdən çəkinməsi ilə bağlı qətnamələri, Qırğızıstanın sonradan İƏT Katibliyinə məktubla müraciət etməsi və İslamabad qətnaməsinin siyasi müddəasına qoşulduğu bildirilib.