Şəkər xəstələri üçün xüsusi


Digərləri 27 Dek 2017 07:00:00 273 0

Şəkər xəstələri üçün xüsusi

Diabet xəstələri yemək yeyərkən diqqətli olmalıdırlar. Çünki hər hansı bir yemək onların qan şəkərinin qalxmasına səbəb ola bilər. Son.az musavat.com-a istinadən şəkər xəstələrinin də rahatlıqla yeyə biləcəyi sarıköklü, darçınlı mərcimək şorbasının reseptini verir.

Ərzaqlar:   1 stəkan qırmızı mərcimək 1 ədəd kök 2 ədəd baş soğan 1 yemək qaşığı zeytun yağı 1 çay qaşığı sarıkök Yarım çay qaşığı darçın İstiot, nanə, duz   Hazırlanması:   Soğanı və kökü doğrayın. Onları qazana töküb üzərinə yuyulmuş mərciməyi əlavə edin. Ərzaqların üzərinə çıxacaq qədər su tökün və vam odda qaynadın. Qaynayan ərzaqları mətbəx robotu ilə əzin və üzərinə ədviyyatları vurun. Bir-iki dəqiqə daha bişirdikdən sonra 2 yemək qaşığı zeytun yağı əlavə edib qarışdırın. İstəsəniz, üzərinə bir az limon suyu sıxıb, servis edə bilərsiniz.   Nuş olsun!