Buzlar əridi, sirr AŞKARA ÇIXDI VİDEO


Digərləri 27 Dek 2017 03:30:00 284 0

Buzlar əridi, sirr AŞKARA ÇIXDI  VİDEO

Qrenlandiyada əriyən buzlar uzun illərdir gizlədilən sirri də ortaya çıxarıb.

Son.az xəbər verir ki, əriyən buzlar ABŞ-ın bölgədə gizli hərbi bazasının üzə çıxmasına səbəb olub.

Bu, ABŞ-ın "soyuq müharibə" dövründə Qrenlandiyada inşa etdiyi hərbi araşdırma və nüvə bazasıdır.

"Soyuq müharibə" dövründə 200 nəfərlik qrup tərəfindən nüvə gücü ilə inşa edilən baza "Project İceworm" (Buzsoğulcanı layihəsi) adlanır. Bazanın altındakı 4000 kilometr uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə etmək üçün 600 ədəd ballistik raket yerləşdirilib.

Kanadanın Lessonde Universitetində çalışan Uilyam Colganın sözlərinə görə, bazanı inşa edənlər onun bir daha səthə çıxmayacağını düşünmüşdülər: "1960-cı illərdə "qlobal istiləşmə" termini belə yox idi. Ancaq hazırda iqlim dəyişir".