Bakıda qonşular arasında dava olub, xəsarət alan var


Sosial 27 Dek 2017 01:34:44 219 0

Bakıda qonşular arasında dava olub, xəsarət alan var

Müşfiq Babayev çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Bakıda qonşular arasında dava olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Babayev Müşfiq Yusif oğlu qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı M. Babayev döyülərək xəsarət alıb. O, çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.