Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib


Sosial 26 Dek 2017 23:59:15 241 0

Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Türkan Vəliyeva yaşadığı evdə yıxılaraq xəsarət alıb

Gəncədə qadın bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində baş verib.

Şəhər sakini, 1989-cu il təvəllüdlü Vəliyeva Türkan Amil qızı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

İlk məlumatlara görə o, yaşadığı evdə yıxılaraq xəsarət alıb.