Naxçıvanın 2018ci il dövlət büdcəsi təsdiq ediləcək


Digərləri 26 Dek 2017 23:43:00 250 0

Naxçıvanın 2018ci il dövlət büdcəsi təsdiq ediləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisi yeddinci sessiyanın çağırılması haqqında qərar qəbul edib.

Son.az "Report"a istinadən bildirir ki, bununla bağlı qərarı Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb. Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının müzakirəsinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, muxtar respublikanın 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin təsdiq olunması, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, həmçinin muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxildir.