“Audi” avtomobilləri geri çağırdı


Digərləri 26 Dek 2017 23:47:00 308 0

“Audi” avtomobilləri geri çağırdı

"Volkswagen Group Rus" şirkəti Rusiyada 1800-dən çox "Audi" markalı avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar əlavə qızdırıcı elementin işində yaranan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2011-2016-cı illər arasında Rusiyada satılmış A4, A5 və Q5 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.