Avtobus sürücüsünü bıçaqlayan azərbaycanlı barədə göstəriş verildi FOTO


Dünya 26 Dek 2017 23:39:00 223 0

Avtobus sürücüsünü bıçaqlayan azərbaycanlı barədə göstəriş verildi  FOTO

Sankt-Peterburqda uşaqları daşıyan avtobusun sürücüsünə bıçaq zərbələri endirərək, onu ağır yaralamış 44 yaşlı Azərbaycan vətəndaşı Əlizadə Mustafayev barəsində başlanmış cinayət işini Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin şəxsi nəzarətinə götürüb. Bu məlumatı "İnterfaks" verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, dünən axşam Ə.Mustafayev və avtomobildə onun yanında əyləşmiş qadın az qala faciə ilə yekunlaşacaq hadisənin iştirakçısı olublar. Azərbaycanlı biznesmen Lemninqrad vilayətinin Kirovsk şəhəri istiqamətində hərəkət edən və şagirdləri, onların müəllim və valideynlərini daşıyan avtobusun sürücüsünü bıçaqlayıb.

General Bastrıkin Əlizadə Nustafayevin qısa müddətdə aşkarlanaraq həbs ediməsi barədə göstəriş verib.

Xatırladaq ki, Sankt-Peterburqda yükdaşımalar biznesi ilə məşğul olan 44 yaşlı Azərbaycan sakini, 2009-cu ildə Rusiya vətəndaşlığı almış Əlizadə Adil oğlu Mustafayev "Range Rover" avtomobili ilə avtobusun qarşısını kəsərək mübahisə etdiyi avtobus sürücüsünü bıçaqlayıb. Onun yanında olan, kimliyi hələ müəyyənləşdirilməyən qadın da sürücüyə küt alətlə zərbələr endirib. Sürücü hazırda reanimasiyadadır. İnsident zamanı avtobusda Leninqrad vilayətinin Kirovsk rayonundan olan 24 məktəbli olub.


Xəbərə aid fotolar