Həzrət Nuhun oğlu hansı keyfiyyətinə görə onun vəsisi oldu?


Digərləri 26 Dek 2017 23:10:00 286 0

Həzrət Nuhun oğlu hansı keyfiyyətinə görə onun vəsisi oldu?

İmam Sadiq (ə) buyurur: "Ata ilə düşmənçilik etmək zillət və xarlığa səbəb olar".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Həsən Müctəbaya (ə) sual verirlər ki, ağvalideyn olmaq nədir? Buyurur: "Onları istəklərindən məhrum edəsən".   Övladın hətta icazəsi yoxdur ki, valideynin icazəsi olmadan müstəhəb oruc tutsun. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Ata və anaya yaxşılığın nümunələrindən biri də budur ki, övladı onun icazəsi olmadan müstəhəb oruc tutmamalıdır". (Həzvəh)   Hədislərin birində oxuyuruq: "Həzrət Nuh (ə) gəmiyə minən zaman onunla üç övladı var idi. Birinin adı Ham idi, o birisinin adı Yafəs idi və üçüncüsünün adı da Sam idi. Bir gün Nuh (ə) gəmidə yatmışdı və qəflətən külək əsir. Paltarını kənara atır və bədəninin bir hissəsi görünməyə başlayır. Bu zaman Ham və Yafəs Nuha (ə) nəzər salıb, onu rişxənd etdilər. Ancaq Sam o ikisini bu işdən çəkindirdi.   Nə zaman külək Nuhun (ə) paltarını kənara atsaydı, Sam əli ilə onu götürüb, yenidən üstünə örtərdi. Ancaq Ham ilə Yafəs üst paltarını kənara çəkirdilər ki, ona yenidən rişxənd etsinlər. Bu zaman Nuh (ə) yuxudan ayılır və görür ki, Ham ilə Yafəs gülürlər.   Onlara sual verir ki, gülməklərinin səbəbi nədir? Sam da atasının sualına cavab verir və olanları ona danışır. Bu zaman Həzrət Nuh (ə) əlini səmaya qaldırır və Hamla Yafəsi nifrin edir, Sam üçün xeyir dua edir.   Atasının nifrinindən sonra Ham ilə Yafəs dünyada xar və zəlil olurlar. Sam isə Həzrət Nuhun (ə) vəsisi və canişini olur".