Bədəni istilədən qidalar


Digərləri 26 Dek 2017 22:45:00 244 0

Bədəni istilədən qidalar

Cökə

Virusların səbəb olduğu xəstəliklərə qarşı mübarizə aparan cökə, tərləməklə birlikdə bədənin istiliyini artırır.   Yaşıl çay Tərkibindəki kateşinlər sayəsində güclü antioksidant olan yaşıl çayı gündə 3 fincan içərək həm maddələr mübadiləsi sürətini, həm bədən istiliyini artırmaq olar. Paket istifadə etsək isti suda 1 dəqiqə; dəmləmə şəklində isə, qaynayan suda 5 dəqiqə dəmləmək kifayətdir.   Darçın Son.az deyerler.org-a istinadən bildirir ki, darçın qan şəkəri səviyyəsini taraz tutur. Lif məzmunu yüksək olan darçın bədən istiliyini artırır, şirniyyat istəyini azaldır. Toz olaraq süd, qatıq kimi qidalarda, çubuq darçını suya ya da çaylara əlavə edə bilərsiniz.   Kök tərəvəzlər Balqabaq, şirin kartof, kök, kələm kimi kök tərəvəzləri həzm edərkən bədən daha çox enerjiyə ehtiyac duyur. Bu isə öz növbəsində bədənin istiliyini artırır.