18 milyard dollarlıq kriptovalyutanın yaradıcısı bütün payını satdı


Digərləri 26 Dek 2017 21:55:00 243 0

18 milyard dollarlıq kriptovalyutanın yaradıcısı bütün payını satdı

Ən böyük alternativ kriptovalyutalardan birinin yaradıcısı "maraqların toqquşması" səbəbindən rəqəmsal valyutadakı bütün payını satıb.

Son.az moneta.az-a istinadən bildirir ki, Çarli Li bu barədə Reddit-də bəyan edib. O, yazdığı postda ötən günlərdə litecoin rəqəmsal valyutasında olan payını satdığını bildirib. O, bu addımı insanların tənqidindən - litecoin-nin qiymətinə öz tweet-ləri ilə təsir etməyə çalışmaqla bağlı - sonra atdığını deyib.

"Google"un və "Coinbase"in sabiq işçisi olan Li litecoin-i 2011-ci ildə bitcoin-ə daha ucuz bir alternativ kimi yaratmışdı.

CoinMarketCap.com-a istinadən, litecoin 18 milyard dollardan çox kapitallaşmasına görə kriptovalyutalar arasında 5-ci sıradadır.