Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” konserti FOTO


Digərləri 26 Dek 2017 21:21:00 349 0

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” konserti  FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin "Muğam və Mənəviyyat" adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova "Naz eyləmə", "Bizə gəl yar" , Əməkdar artist Ehtiram Hüseynov "Çoxları incikdi", "Sərvi-azad" , xanəndə Kamilə Nəbiyeva "Neyləyə billəm" təsniflərini ifa ediblər.

Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, tanınmış xanəndə Fəraməz Gərmrudinin ifasında "Hümayun"muğamı təqdim olunub.

Tədbirdə xanəndələri Əməkdar artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə "Könül" instrumental ansamblı müşayiət edib.

Ansamblın üzvləri: Əməkdar artistlər Elşən Mansurov( kamança), Şirzad Fətəliyev(balaban), Kamran Kərimov (nağara) və Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov (bəm tar) Fərid Babayev (bəm kamança).


Xəbərə aid fotolar