"Hələ öz əmoğlum idi haa... Özgə deyildi ki!.."


Digərləri 26 Dek 2017 21:25:00 283 0

"Hələ öz əmoğlum idi haa... Özgə deyildi ki!.."

Son.az lent.az-a istinadən Cənubi Azərbaycandan olan yazıçı Ruqiyyə Kəbirinin "Gəlin bacı" hekayəsini təqdim edir.   Hələ növbəmizə qalır. Miz arxasında oturub nömrə verən; qara buğdayı saçlı, orta yaşlı  kişiyə baxmaqdan utanıram. Yəqin o da bilir biz niyə gəlmişik. Gözüm divardakı, ağ örpəkli, göyçək uşağın sus deyə, barmağını dodağında saxlayan şəkildə qalıb.   Aşpazxananın səkisinə söykənib, dedim: "Getməyəcəyəm!"   Gəlin bacı ağ yaylığını buxağının altında sancaqladı. Qar çərçivəli girdə gözlüyünün üstündən mənə baxdı: "Anan bir şey bilir daa, deyir get!.." Birdən dilimə gəldi deyim ki, axı sənə nə dəxli var, gəlin bacı!. İstəmədim gəlin bacını incidim. Televiziyanı açıb, gözlərimi ekrandakı uçan quşlara zillədim. Anam, qaşıq əlində aşpazxananın səkisinə dirsəkləndi: "Əlimizdə kağız olsa, bir söz deyəndə təpərik gözlərinə.   Gəlin bacı anamın sözünü kəsdi: "Görmədin, anası zəhər tuluğuydu?!"   "Verməzdiz daa" - dedim.   Anamın əlindəki qaşıq səkinin üstünə damcıladı. "Genə başlama!" dedi. "Tək sən deyil sən haaa... Səndən sonra evdə iki qız da var."   Dinmədim. Gözüm ekrandakı quşlarda qalmışdı. Tədqiqatçılar nişan qoymaq üçün halqaları quşların ayaqlarına bərkidib, buraxırdılar.   "Nə eyləyim. Elçilər qapını yerindən çıxardır axı..." Anam idi yenə aşpazxanadan səsləndi. Gözüm ekranda - "Bir dəfə də əlimdə qalmışdın daa..." - dedim.   Gəlin bacı yenə gözlüyünün üstündən mənə baxanda, elə bildim cizgi filmlərindəki  gözlüklü bütöv aydı. Gümüşü saçlarını ağ yaylığının altında gizlədib.   "Qismət qızım, qisməti nə görmüsən!" - dedi.   "Mən özümə güvənirəm. Kağız nəyə lazımdı?"   Gözləmə otağında, divardakı sus deyən qız başqa oturanlara baxmır. Gözünü, ancaq mənim üzümə tikib. Nömrə verən hərdən-hərdən mənə, bir də yanımdakı qumral saçlı qıza baxır. Elə bil burda bizdən başqa bir adam yoxdur. Anam bir mənə baxdı, bir də gəlin bacıya. Qaşığı ocaq üstündəki buğlayan qablamanın qırağına vurub, "Qorxuram gəlin bacıya çəkəsən" - dedi. Qaşığı qablamanın üstünə qoyub, ocağı söndürdü. Sürütmələrini sürütləyə-sürütləyə tənəbiyə gəldi. Əlimdən yapışıb, gəlin bacının yanında oturdub, dedi: "Sən bir söz de, gəlin bacı! Bu qız könəzdi".   Gəlin bacı ayaqların uzadıb güldü. Saxta dişləri, mirvari dənələri kimi ağappaq idi. "Qızım! Bəlkə bizim zamanımız kimi yengə-muşata qapının dalısında keşik çəkə!".   "İndi o zaman deyil!" dedim. "Biz universitet görmüşük. Hər şeyi bilirik." Anam da gəlin bacının yanında muxəddənin qabağında yerə oturdu. "Könəzlik eləmə. Gəlin bacının toy gecəsindən bəri, el-tayfanın gözü qorxub, əlimizdə kağız olsa dilimiz uzun olar."   Gəlin bacı, sağ yanağından axan gilələri yaylığının ucuyla sildi. Yaylığı sürmə rənginə boyandı. Gözlüyünün altında, sol gözünün çuxurunda bir gilə qaldı. Televiziya kontrolunu yerə çırpıb anama bağı