Suriyanın HHQ-ə məxsus təyyarə vurulub


Dünya 26 Dek 2017 21:22:07 223 0

Suriyanın HHQ-ə məxsus təyyarə vurulub

Təyyarənin pilotu həlak olub

Suriya ordusu Həma vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin terrorçular tərəfindən vurulduğunu açıqlayıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Səna" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin pilotu həlak olub. Təfərrüatlar açıqlanmır.

Bir müddət əvvəl ölkə müxalifəti də Hamada HHQ-ə məxsus təyyarəni vurduğunu bəyan edib.