Azərbaycan müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb


Siyasət 26 Dek 2017 19:02:49 314 0

Azərbaycan müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb

Müdafiə naziri məruzələri dinlədikdən sonra üzbəüz düşmən mövqelərini müşahidə edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri məruzələri dinlədikdən sonra üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki əziyyətlə yerində tanış olub. 

Daha sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən Zakir Həsənov hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.