Niyə tacir bir şagirdə digərindən 5 dəfə çox maaş verirdi?


Digərləri 26 Dek 2017 21:20:00 266 0

Niyə tacir bir şagirdə digərindən 5 dəfə çox maaş verirdi?

Bir gün bazarda böyük dükanı olan tacir özünə iki şagird tutur və onların birinə 50 dirhəm və o birisinə 250 dirhəm maaş verir.

O şagird ki, az maaş alırdı, bu haldan qəmgin olur. Bunun səbəbini dükan sahibindən soruşmaq istəyir, ancaq cürət etmir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir gün həmin şagird dükan sahibi ilə birlikdə mal almağa gedirlər və dükan sahibi yaxşı müamilə etdiyi üçün çox sevincli idi. Şagirdi ilə birlikdə qəhvəxanaya gedir və nahar yeyirlər. Şagirdi görür ki, dükan sahibinin halı yaxşıdır, cürət edib öz sualını verir. O, deyir: "Ağacan, siz mənə hansı işi versəniz, çalışıram ki, onu tez bir zamanda və gözəl şəkildə yerinə yetirəm. Ancaq başa düşmürəm ki, niyə maaşım o biri şagirddən azdır".

Tacir gülümsəyir və deyir: "Oğlum, bir qədər səbir et. Qarşıdan gələn bir neçə gündə səbəbini sənə başa salacağam".

Hər iki şagird dükanda idi və malları bağlamaqla məşğul idilər. Bu zaman yeni karvanın səsini eşitdilər. Dükan sahibi üzünü şagirdlərinə çevirib deyir: "Ümid edirəm ki, yaxşı mal gətiriblər. Sizlərdən biriniz gedib baxın görün, nə xəbərdir".

Həmin az maaş alan şagird öz qabiliyyətini göstərmək üçün deyir ki, mən gedirəm.

Getməyindən bir neçə dəqiqə keçməmişdi ki, tez də geri qayıdır və deyir: "Böyük bir karvandır və dəvələri də çoxdur. Çox tələsirdilər və ona görə də düşünmürəm ki, sabaha qalsınlar".

Dükan sahibi ona təşəkkür edir və sonra üzünü ikinci şagirdə tutub deyir ki, indi sən get, gör nə xəbərdir?