AzərbaycanAvropa İttifaqı münasibətləri yeni müstəviyə qədəm qoyub VİDEO


Siyasət 26 Dek 2017 21:02:00 255 0

AzərbaycanAvropa İttifaqı münasibətləri yeni müstəviyə qədəm qoyub  VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətləri qarşılıqlı maraqlara və bərabərhüquqlu prinsipinə söykənən yeni müstəviyə qədəm qoyub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tərəflər arasında razılaşdırılmış yeni sazişin hazırlanması da məhz bu prinsiplərə əsaslanır. Aİ-Azərbaycan əlaqlərini şərh edən ekspertlər hesab edir ki, bu, prezident İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətinin nəticəsində mümkün olub. Beynəlxalq siyasətdə əməkdaşlıq edən tərəflərin ilk növbədə öz maraqlarını güdməsi, hətta güclü tərəfin bunu qarşı tərəfə diktə etməsi prinsipindən çıxış etməsi sirr deyil. Aksiyomaya çevrilmiş bu prinsip o zaman qüvvəsini itirir ki, tərəflər bir- birinə əlavə təzyiq və təsir rıçağı vermir. Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin yeni mərhələsini də məhz buna aid etmək olar. Azərbaycanla Avropa İttifaqı münasibətlərini xüsusilə də 2018-ci ildə imzalanması gözlənilən sazişi şərh edən ekspertlər hesab edir ki, Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın maraqlarını nəzərə almaq reallığını dərk edir. Məhz buna görədir ki, dövlətlərə artıq fərdi yanaşma prinsipi tətbiq edilir. Bu reallığı isə Azərbaycan prezidentinin müstəqil siyasəti yaradıb. Adətən Şərq Tərəfdaşlığı çərçivəsində hazırlanan sənədləri Avropa İttifaqı özü hazırlayaraq qarşı tərəfə təqdim edir. Yalnız bundan sonra qarşı tərəf rəsmi Brüsselin icazəsi ilə bu sənədə müəyyən dəyişikliklərini edə bilir. Azərbaycana münasibətdə isə Avropa İttifaqı çox gözəl anlayır ki, özünün siyasi və iqtisadi müstəqilliyini təmin edən rəsmi Bakıyla diktə dilində danışmaq effekt vermir. Azərbaycan heç bir halda daxili işlərə qarışılması, müəyyən vasitələrlə ona təzyiq göstərilməsi kimi yanaşmalara rəvac vermir. Prezident İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bərabərhüquqlu, hər iki tərəfin faydalandığı, qarşılıqlı marfaqların qorunduğu əməkdaşlıq formatına üstünlük verir. Rəsmi Bakının bu məsələdəki qətiyyətini Avropa Şurasının Azərbaycana qarşı qərəzli kampaniyasının fonunda daha aydın gördük. Ekspertlər hesab edir ki, Şərq Tərəfdaşlığı sammitinin son bəyanatında Azərbaycanın israrı ilə üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınması müddəasının yer alması gələcəkdə daha effektiv əməkdaşlıq üçün zəmin yaradır. Amma rəsmi Bakının Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan haqlı gözləntiləri bununla bitmir. Bu prinsip müddəalarda olduğu kimi əməllərdə də özünü göstərməlidir. Prezident İlham Əliyevin siyasətində beynəlxalq prinsiplərlə milli maraqların uzlaşdırılması digər dövlətlərlə münasibətdə də açıq şəkildə özünü göstərir. Bunu Azərbaycanın Rusiya, Türkiyə və İranla münasibətlərində daha aydın görürük. Bu əməkdaşlıq formatı digər qurum və dövlətlərlə əlaqələrə qətiyyən xələl gətirmir. Yəni prezident İlham Əliyevin yeritdiyi xarici siyasət və nümayiş etdirdiyi siyasi iradə ilə Azərbaycan yerləşdiyi mürrəkkəb geosiyasi mövqeyə baxmayaraq öz maraqlarını maksimum qoruya bilir.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin: