Evin havasını təmizləyən bitkilər: siz də saxlayın


Digərləri 26 Dek 2017 21:05:00 290 0

Evin havasını təmizləyən bitkilər: siz də saxlayın

Bəzi bitkiləri evin havasını karbon monoksit kimi zərərli maddələrdən təmizləyərək yeniləyir.

Son.az lent.az-a istinadən qulluğu və yetişdirilməsi çox asan olan bu bitkilər haqqında məlumatı təqdim edir.

Chrysanthemum   Ana vətəni Uzaq Şərq olan xrizantem rəngarəng çiçəkləriylə payızı rəngləndirən nadir bitkilərdən biridir. NASA-nın apardığı araşdırmalara görə, havanı təmizləmə təsiri də çox böyükdür. Evin içində yetişdirilən xrizantem evinizin havasını təmizləməyə kömək olacaq. Birbaşa günəş işığı almayan, ilıq bir mühitdə asanlıqla yetişdirilə bilər.   Chlorophytum comosum   Yetişdirilməsi asan olan çiçəklərdən biridir! İncə uzun, iti yarpaqları asanca böyüyür və arada-sırada uzandığı üçün budaqlardan da kiçik pöhrələr verir. Bu çiçəyi bol işıqlı bir yerdə yetişdirə bilərsiniz. İşıq nə qədər qüvvətlidirsə, gülünüz o qədər yaxşı inkişaf edəcək.   Draceana   Az qala qırx fərqli növü olan tropik bir bitki olan draceana evlərdə ən çox seçim edilən bitkilərdən biridir. Gur işığa ehtiyac duymur, evin havasındaki benzol, formaldehid kimi zərərli maddələri təmizləməyə kömək olar. Ancaq yarpaqları zəhərli olduğu üçün evdə pişik və it varsa, bu, sizin üçün uyğun bir bitki olmaya bilər.   Ficus - Benjamin   Kiçik yarpaqlı bir ağac olan ficus qonaq otaqları üçün ideal seçimdir. Nə qədər böyük bir saxsıya qoysanız, o qədər böyük bir ağac olar. Yay aylarında çöldə da saxlanan bu ağaclar evinizin içində evin havasını təmizləməyə kömək olar.   Spathiphyllum   Zərif ağ çiçəkləriylə evdə yetişdirilməyə ən uyğun olan bitkilərdən biridir. Qulluğu asan, az qala yay boyu çiçəkli və rahat bir ev üçün faydalıdır.   Nephrolepis   Bol su sevən bu bitki əslində bir növ meşə bitkisidir. Evinizdə birbaşa günəş almayan yerlərdə belə, yetişdirilə bilər. Həddindən artıq isti və ya soyuqdan qorunduğu təqdirdə uzun illər salonunuzu bəzəyər.   Sansevieria   Evlərdə görməyə vərdiş etdiyimiz bitki növlərindən biridir. "Peyğəmbər qılıncı" kimi də tanınır. Qulluğu asandır, çox işıq və su istəmir. Üstəlik, bir əfsanəyə görə, bu çiçəkdən yetişdirsəniz və boyunu bir metr qədər uzatsanız, ev sahibi olarsınız. Bu, doğru deyilsə belə, evinizin havasını təmizləməsi bir həqiqətdir.   Bamboo Palm   Daxili məkana uyğun, qəşəng bir mini-ağacdır. Çox günəşə məruz qalmadıqca uzun illər yaşaya bilər.   Aloe vera   Adını daha çox kosmetik məhsullarla eşidirsiniz. Aloe vera evdə yetişdirmək üçün də çox uyğun bir bitkidir. Yetişdirilməsi çox asandır. Havadakı formaldehit və karbon monoksidin zərərli təsirlərini azaldır. Üstəlik, yarpaqlardan əldə edəcəyiniz mayenin yara və yanıqlara çox yaxşı təsir etdiyi də sübut olunub.