Azərbaycan dünyaya tolerantlıq nümunəsidir


Siyasət 26 Dek 2017 21:09:00 257 0

Azərbaycan dünyaya tolerantlıq nümunəsidir

Azərbaycan həm Avropaya, həm də bütün dünya ölkələrinə tolerantlıq nümunəsi olan bir ölkədir.

Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman AZƏRTAC-a müsahibəsində deyib. Aviqdor Liberman Azərbaycanın İsrailin strateji tərəfdaşı olduğunu , keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsini özündə daşıdığını bildirib. O qeyd edib ki, bu tolrenatlıq mühiti həm qərbə, həm də müsəlman ölkəlrinə bir örnəkdir. Azərbaycanda heç bir zaman antisemitizmin müşahidə olunmayıb. İsraillə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirən müdafiə naziri bunun qarşılıqlı maraqlara və faydalı əməkdaşlığa söykəndiyini bildirib. Aviqdor Liberman son illər Azərbaycan rəhbərliyi, yüksək səviyyəli rəsmilərlə, siyasi xadimlərlə bir sıra silsilə görüşlərdə regional təhlükəsizlik, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini diqqətə çatdırıb. Nazir rəhbəri olduğu "Bizim evimiz İsraildir" partiyasının hər zaman İsrailin xarici siyasət xəttini Bakıya tərəf istiqamətləndirdiyini vurğulayıb. Bu həm də səmimi minnətdarlıq duyğularının ifadəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aviqdor Liberman ölkəmizin bu problemdə olduqca məsuliyyətli mövqe tutduğunu vurğulayıb. Nazir, İsrailin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, bu problemin yalnız beynəlxalq ictimaiyyətin qəti mövqeyi və qərəzli yanaşma olmadan hər iki tərəfin birbaşa danışıqlar aparması ilə həll edilə biləcəyini vurğulayıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin: