Elmin artmasına yardım edən zikrlər


Digərləri 26 Dek 2017 21:10:00 233 0

Elmin artmasına yardım edən zikrlər

Mərhum Ayətullah Behcətə sual verirlər ki, nə edək ki, elm öyrənən zaman diqqətimiz yayınmasın? Alim buyurur: Bu zikri çoxlu deyin:

لا اله الا الله ("Lə iləhə illəllah")

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Əgər bizdən hədis nəql etmək istəsən və şeytan unutmağına səbəb olarsa, əlini alnına qoy və de:

صَلَي الله علي محمد و آله اَللهم اِنّي اَسئَلُكَ يا مُذَكِّرَ الْخَيْرِ وَ فاعِلَهُ وَالاْمِرَ بِهِ ذَكِّرْنى ما اَنْسانيهُ الشَّيْطانُ

Hacıağa Cavad Rəhimi İlahi övliyalardan olmuşdur və o, buyurur: ""Ayətül-kürsü"nü təkrar etmək, xüsusilə də gündəlik namazlardan sonra onu demək - hafizənin güclənməsinə və insanın idrak qüvvəsinin artmasına birbaşa təsir göstərir". (Beytutə)

Ayətullah Behcət buyurur ki, namazları bitirəndən sonra bu təqibatları yerinə yetirin: