Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib (FOTO)


Digərləri 26 Dek 2017 20:52:00 333 0

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirilib

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Trend-in məlumatına görə, konsertdə Xalq artisti Gülyanaq Məmmədova “Naz eyləmə”, “Bizə gəl yar” , Əməkdar artist Ehtiram Hüseynov “Çoxları incikdi”, “Sərvi-azad” , xanəndə Kamilə Nəbiyeva “Neyləyə billəm” təsniflərini ifa ediblər. Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, tanınmış xanəndə Fəraməz Gərmrudinin ifasında “Hümayun”muğamı təqdim olunub.