Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxladı FOTO


Digərləri 26 Dek 2017 20:15:00 297 0

Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxladı  FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə yerində tanış olub.

Daha sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən nazir, hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.