Fransalı futbolçu PSG-dən gedir


İdman 26 Dek 2017 20:16:00 247 0

Fransalı futbolçu PSG-dən gedir

PSG fransalı yarımmüdafiəçi Hatem Ben-Arfa ilə yollarını ayıracaq. Goal.az xəbər verir ki, havbek Paris klubundan 10 milyon avro təzminat tələb edir. Onun cari müqaviləsi 2018-ci ilin yayında başa çatacaq.

Ben-Arfa 2016-cı ildən PSG-də çıxış edir. O, bu mövsüm hələ meydana çıxmayıb. 30 yaşlı futbolçu "Leicester City"nin maraq dairəsindədir. Klub rəhbərliyi onun agenti ilə artıq əlaqə saxlayıb.