"Qəbələ"nin qapıçısı "Neftçi"yə keçir


İdman 26 Dek 2017 18:34:00 286 0

"Qəbələ"nin qapıçısı "Neftçi"yə keçir

 "Qəbələ" klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırmağa qərar verib.

Goal.az xəbər verir ki, klubdan "Report"a verilən məlumata görə, 28 yaşlı qolkiperlə mövsümün sonunadək olan anlaşma qarşılıqlı razılıq əsasında pozulacaq.

Məmmədovun tezliklə azad agent kimi "Neftçi"yə keçəcəyi gözlənilir. O, yayda transfer olunduğu "Qəbələ"də ayına 3000 manat maaş alsa da, mövsümün ilk yarısının əksər hissəsində ehtiyatda qalıb. O, yalnız "Mil-Muğan"ı 8:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda meydana çıxıb. Bu isə həm "qırmızı-qaralar"ı, həm də ehtiyatda qalmaq istəməyən təcrübəli qapıçının özünü qane etmir. Oyunçu klubuna müraciət edərək, ayrılmaq istədiyini bildirib. "Qəbələ" rəhbərliyi isə onun gedişinə şifahi razılıq verib.

Qeyd edək ki, Aqil Məmmədov transfer vərəqini aldıqdan sonra "Neftçi" ilə müqavilə bağlayacaq.