Azərbaycan Gimnastika Federasiyasının 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq keçirilib FOTO


Digərləri 26 Dek 2017 17:49:00 249 0

Azərbaycan Gimnastika Federasiyasının 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq keçirilib  FOTO

Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasın əvvəlində AGF-nin maliyyə hesabatları dinlənilib, bir sıra məsələlər müzakirə olunub.

Sonra Federasiyanın 15 illik yubileyinə həsr olunmuş 8-ci Ümumi Yığıncaqda AGF-nin vitse-prezidenti Altay Həsənov 2017-ci il üzrə hesabatı, о cümlədən yubileylə əlaqədar 15 il üzrə hesabatı təqdim edib.

Hesabatdan sonra AGF-nin İcra Komitəsinin qərarına əsasən gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətlərinə görə fərqlənmiş şəxslərə xatirə medalları təqdim olunub.

Həmçinin, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında nəticə göstərmiş idmançı və məşqçilər bürünc medallarla təltif olunub:

- Murad Ağarzayev (idman gimnastı) - sərbəst hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal əldə etdiyinə görə; - Rza Əliyev (kişi idman gimnastikası üzrə baş məşqçi) - yetirmələri (Murad Ağarzayev, Timur Bayramov və Bence Talas) 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdiyinə görə; - Nina Pravdina (qadın idman gimnastikası üzrə baş məşqçi) - yetirmələri (Marina Nekrasova, Yuliya İnşına və Yekaterina Tişkova) 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə etdiyinə görə.

Bundan başqa, İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri nəticəyə görə bir sıra digər idmançı və məşqçilər - gimnast Zöhrə Ağamirova, məşqçisi Yasena Stoyneva, gimnastlar Bense Talas, Timur Bayramov, Marina Nekrasova, Yuliya İnşına, Yekaterina Tişkova, məşqçi Gennadi Xorpyakov bürünc dəyərli xatirə medalları ilə təltif olunublar.