İngilis mütəxəsis Championship klubunda çalışacaq


İdman 26 Dek 2017 17:42:00 315 0

İngilis mütəxəsis Championship klubunda çalışacaq

İngiltərə Premyer Liqasının tanınmış məşqçilərindən olan Toni Pyulisin yeni iş yeri müəyyənləşib. Goal.az xəbər verir ki, 59 yaşlı mütəxəsis Championship`də mübarizə aparan "Middlesbrough"nun sükanı arxasına keçib. Pyulis ötən həftə bu postdan istefaya göndərilən Qarri Monku əvəzləyəcək. Komandanı 24-cü turda "Bolton"la oyuna akademiyanın məşqçisi Kreyq Liddl hazırlayır. Pyulis, böyük ehtimalla, bu oyunu tribunadan izləyəcək.

"Mənə əsl sınaq lazım idi. Bu iş mənə "Stok City"də keçirdiyim vaxtı xatırladır (red. 2007/08 mövsümündə klub Pyulisin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanmışdı). Başlıca vəzifəm, klub haqqında hər şeyi öyrənmək və mümkün qədər tez xallar toplamaqdır. Bu təklifi məhz indi qəbul etməyimin səbəbi var. Qısa vaxt ərzində xeyli oyun keçirəcəyik və hər şeyi dəyərləndirmək imkanım olacaq" - Pyulis deyib. 

Qeyd edək ki, təcrübəli mütəxəsisin son klubu "West Bromwich Albion" olub. O, noyabrın 20-də vəzifəsindən azad olunmuşdu.