BDUda tamaşa nümayiş etdiriləcək FOTO


Kriminal 26 Dek 2017 17:21:00 283 1

BDUda tamaşa nümayiş etdiriləcək  FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq.

Teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün dekabrın 30-da saat 11:00, 13:00 və 15:00-da "Qoğalın yeni il sərgüzəştləri" adlı nağıl tamaşasını ölkənin ən qabaqğıl ali təhsil ocağının böyük salonunda nümayiş  etdirəcəkdir.

Tamaşanın səhnə redaksiyasının müəllifi Pərvin, quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Əsas obrazları teatrın istedadlı aktyorları Anar Seyfullayev, Ramil Məmmədov, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Elşən Şıxəliyev və başqaları ifa edəcəklər.


Xəbərə aid fotolar