"Valencia"nın baş məşqçisi: "Avqustda Çempionlar liqası bizim üçün əlçatmaz arzu idi"


İdman 26 Dek 2017 17:23:00 267 0

"Valencia"nın baş məşqçisi: "Avqustda Çempionlar liqası bizim üçün əlçatmaz arzu idi"

Ötən mövsüm La Liqa klublarının "asan yemi" olan "Valencia" artıq ortaya tam fərqli futbol qoymaqdadır. Primerada favoritlərə daə başağrısı olmağı bacaran "yarasalar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Marselinyo Qarsiya Toral uğurlu çıxışın sirri barədə "Marca" nəşrinə danışıb.

"İstedadlı futbolçulara malik olan, komanda oyunu göstərən kollektivin yaxşı nəticələr qazanması normaldır. Ola bilsin, gözlədiyimizdən daha yüksək yerdə qərarlaşmışıq. Bu futbolçularla qısa zaman ərzində çalışdıqdan sonra onların məsuliyyət, potensial, əzmkarlıq və ambisiyalara malik olduğunu başa düşdüm. Bu dəyərlərə istedad səviyyəsi və tələbkar iş metodunu əlavə etsək, yaxşı çıxış etməyimiz təəccüb doğurmamalıdır. Avqustda Çempionlar liqası "Valencia" üçün əlçatmaz arzu idi. İndiki nöqtədə bu turnirə vəsiqə qazanmaq daha real görünür.

Qış fasiləsində heyətə futbolçu qatmaq xatirinə transfer etməyə hazırlaşmırıq. Buna ciddi zərurət yoxdur. Bəzən dərin olmayan heyət müzakirə olunur. Qeyd etdiyim dəyərlərə sahib olan kiçik heyət böyük və dağınıq olanlardan daha yaxşıdır.

Rəqiblərin bizimlə oyunda tam üstün olduğu və ya heç bir imkan əldə etmədiklərini deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, son oyunlarda eniş və yoxuşlarla üzləşmişik".