Azərbaycanda cins nisbətinin pozulmasına qarşı plan hazırlanacaq


Digərləri 26 Dek 2017 16:26:00 275 0

Azərbaycanda cins nisbətinin pozulmasına qarşı plan hazırlanacaq

"Azərbaycanda Hökumət və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı hazırlanacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə BMT Əhali Fondu tərəfindən dəvət edilmiş ekspert, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta deyib.

O əlavə edib ki, Azərbaycanda oğlan uşaqlarına verilən üstünlük və bunun nəticəsində reallaşdırılan selektiv abortların geniş yayılması Milli Fəaliyyət Planının hazırlanması zərurətini yaradıb.

Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən M.Das Qupta qeyd edib ki, sənəd layihəsi müzakirə üçün dövlət qurumlarına da təqdim ediləcək.

Tədqiqatçı qeyd edib ki, cins nisbətinin pozulması gələcəkdə ailə həyatı qurmaq istəyən kişilər üçün qadın çatışmazlığı problemi yaratmaqla yanaşı, ölkədə gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alverinin, kriminal səviyyənin artmasına da rəvac verir.

Lakin bu vəziyyətin dəyişdirilə biləcəyini deyən M.Das Qupta Cənubi Koreyada da əvvəllər cins nisbətinin çox yüksək səviyyədə pozulduğunu, görülən tədbirlər sayəsində artıq vəziyyətin normal həddə qaytarıldığını nəzərə çatdırıb.

M.Das Quptanın sözlərinə görə, cins nisbətinin pozulma vəziyyətini öyrənmək üçün ilk növbədə onu yaradan səbəbi müəyyən etmək lazımdır: