Habil Vəliyev Bakı İstintaq Təcridxanasına köçürüldü


Digərləri 26 Dek 2017 15:52:00 272 0

Habil Vəliyev Bakı İstintaq Təcridxanasına köçürüldü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, H. Vəliyev mühafizə altında məhkəməyə gətirilib.

Sonra məhkəmə istintaqının başlanması haqqında qərar qəbul edilib. Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən H. Vəliyev özünü təqsirli bilməyib.

Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi Elxan Quliyev çıxış edərək bildirib ki, dəymiş ziyan ödəndiyindən heç bir şikayət və tələbləri yoxdur.

Digər zərərçəkən Ramiz Cəbrayılovun nümayəndəsi də çıxış edərək dəymiş ziyanın ödənildiyini qeyd edib.

Daha sonra prosesə sədrlik edən hakim Fikrət Qəribov bildirib ki, DTX-dan məhkəməyə məktub göndərilib, bildirilib ki, DTX-ın təcridxanasında yer olmadığından Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasını köçürülməsi təmin edilsin.

Vəkillər də Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülməsini istəyiblər.