"Müğənniyə dərs keçə bilmərəm"


Şou-biznes 26 Dek 2017 15:22:00 259 0

"Müğənniyə dərs keçə bilmərəm"

ARB Ulduz-un "Şou məkan" proqramının budəfəki müsahibi meyxana ustadı Pərviz Bülbülə olub. Son.az bildirir ki, müğənnilərin konkret bir və ya iki mahnısı uzun müddət onları ayaqda saxlayan çörəy ağacına çevrilsə də, Pərviz Bülbülə bütün mahnılarının  möhürlü olduğunu diqqətə çatdırdı. "Hər mahnımın öz dinləyicisi var. Hansına möhür vurmuşam deyə bilmərəm. Mənim üçün hamısı möhürlüdür. Toya, el şənliyinə düşəndə görürəm ki, müxtəlif mahnılarımı oxumağımı istəyirlər. "Biri var" mahnım daha çox sevildi, uğur qazandı. Mən onu iki il bundan qabaq oxumuşam, amma görürəm ki, 2 il əvvəl oxumağıma baxmayaraq, gündən-günə dəbə minir". Son zamanlar duetləri ilə ikiqat fanat ordusu toplayan Pərviz duet ortaqlarına qarşı sərt tələb və şərtlərinin olmadığını söylədi. "Heç kim mənlə müqavilə bağlaya bilməz. Heç kim mənə şərt qoya bilməz. Mən kiminsə qabağına şərt qoya bilərəm. Səhnədən başqa heç bir duet ortağımın nə şəxsi həyatına, nə tələblərinə qarışmayan bir insanam. Səhnədə mənlə oxudu, mikrofonu qoydu, artıq hər şey bitdi. Mən müəllim deyiləm, müğənniyə dərs keçə bilmərəm ki, elə oxuma, belə oxu. Düzdür, öz üslubumu bilirəm, mahnıdan başım çıxır. Ancaq kiminsə qabağına tələb qoya bilərəm". Meyxana üçün çalışdığını dilə gətirən Pərviz Bülbülə bu gün şou-biznes əhlinin mahnılarını da meyxanaçıların yazdığını etiraf etdi. "Mənim fikrim, məqsədim özümü gözə soxmaq deyil. Əslində, meyxana uğrunda vuruşmaqdır. Bu gün çıxıb mahnı oxuyuram. Amma şou-biznesdəki mahnıların çoxunu meyxana deyənlər yazırlar. Mən tək Pərviz Bülbülə üçün çalışmıram, ümumi meyxana üçün çalışıram. İstəyirəm, sübut edim ki, meyxana Azərbaycanda ən baxımlı sənətdir. Bunu heç kim danmasın, heç kim də dana bilməz. Meyxana dinləyici kütləsi yığmaqla öz sözünü deyib. Çox səhnəni, çox sənəti və sənətçini geridə qoyub". İfaçı Türkan Vəlizadə ilə bərabər duet şəklində oxuduğu və musiqisi iranlı müğənni Amin Həbibidən götürülən mahnısına da aydınlıq gətirdi. "Türkan xanım üçün yazdığım "Ürəyimdi mənim" mahnısının musiqisi mənim deyildi, plagiat musiqiydi. Bir dənə onu yazmışam, axırıncı dəfə. Başqa heç nə yoxdur. Mən bəstəkar, musiqiçi deyiləm. Musiqi plagiatdır, bir mahnı eşitmişdim. Fars mahnısıydı. Xoşuma gəlmişdi, yazdım. Dedim, Türkan sənin səsinə düşər, oxu. İfa etdi, maşallah, uğurlu da alındı. Mənim başım çıxmır, hərdən Türkan deyir ki, 10 günə iki milyon baxış yığıb. Deyirəm, maşallah" Toyların yarısının fars mahnıları üzərində qurulduğu iddiası ilə çıxış edən Pərviz gec olmadan az da olsa, sözünə düzəliş etdi. "Toylarda oynanılar mahnıların çoxu fars mahnısıdır. O vaxt internet olmayıb, keçiblər sərhəddi bir kaset gətirib, burda da sözləri yazdırıb elə oxuyublar. Bütün toylarda oynanılar mahnılar şərq mahnılarıdır. Bura fars, hind mahıları da aiddir". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 1


Xəbərə aid fotolar