Lənkəranda silsilə oğurluq və soyğunçuluq edən şəxs saxlanıldı


Kriminal 26 Dek 2017 14:49:00 245 0

Lənkəranda silsilə oğurluq və soyğunçuluq edən şəxs saxlanıldı

Lənkəranda oğurluqlar və soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran Regional qrupundan Son.az-a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Liman şəhəri ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Fariz Şahverdiyev saxlanılıb.

Belə ki, Liman şəhərində İsmayıl Babazadənin kirayə yaşadığı evdən televizor, peyk antenasının oğurlanması barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı polis əməkdaşları müvafiq tədbirlər keçiriblər. Əməliyyat tədbirləri nəticəsində Fariz Şahverdiyevin digər bir evdən də 1500 manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub. İstintaq zamanı F.Şahverdiyev dekabrın 11-də bir nəfərə qarşı soyğunçuluq etdiyini də etiraf edib.