4 uşağı diridiri yandıranlara həbsxanada divan tutdular FOTO


Digərləri 26 Dek 2017 14:26:00 330 0

4 uşağı diridiri yandıranlara həbsxanada divan tutdular  FOTO

Dekabrın 11-də İngiltərənin Solford şəhərində dəhşətli yanğın olmuş, 4 uşaq diri-diri yanmışdı. Polisin apardığı araşdırmada bəlli olmuşdu ki, ev qəsdən yandırılmışdı.

Cinayətkarlar həbs olunublar.

Son.az The Sun-a istinadən bildirir ki, həbsxanada məhbuslar bu iki şəxsə divan tutublar.

Devid Uoroll amansızlıqla döyülüb, onun əl və ayaq barmaqlarının hamısı sındırılıb. Kortni Brayerlini isə üzərinə qaynar su tökərək onu yandırıblar.

Dekabrın ilk günlərində 25 yaşlı Devid Uorroll, 20 yaşlı Kortni Baryerli və 23 yaşlı Zak Bolland Böyük Mançester bölgəsindəki Solford şəhərində evi yandırmışdılar.

Həmin yanğında 4 uşaq həlak olmuşdu.

Demir Pirsonun 14, Brendonun 8, Lasinin 7, Liyanın isə 3 yaşı vardı.

16 yaşlı Kayl Pirson pəncərədən atılaraq xilas ola bilmişdi.

Uşaqların anası, 36 yaşlı Mişel Pirson hələ də xəstəxanada, kritik durumdadır. Onun psixi şokdadır.

Yanğınsöndürmə xidmətinin ekspretlərinin dediklərinə görə, evdə yanğın soba bacasında, giriş qapısında və birinci mərtəbəki pəncərədə eyni vaxtda başlamışdı.


Xəbərə aid fotolar