3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə əlaqədə oldu və...
Digərləri 26 Dek 2017 14:04:00 311 0
Yardımlı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Niyazi Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Niyazi Təhməzov Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Orta təhsilli olan Niyazi Təhməzov 3 azyaşlı uşaq atasıdır. O, Yardımlı Televiziya Yayım Stansiyasında elektrik montyoru işləyib, həmçinin istirahət və boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub.
Tanışlıq
Niyazi Təhməzov taksi xidməti göstərməsi ilə bağlı tanış olduğu həmkəndlisi və qonşusu, 23 yaşlı Natəvan Babayeva ilə 2017-ci ilin yanvar ayından başlayaraq mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayıb.
Niyazi Təhməzov Natəvan Babayeva ilə telefon danışığı zamanı sevgi məzmunlu söhbətlər edib, onunla ikinci arvad kimi faktiki evlənmək barədə razılığa gəlib.
Sevgi münasibəti
Daha sonra Niyazi Təhməzov Natəvan Babayeva ilə müxtəlif vaxtlarda gizli görüşüb. O, Natəvanla qonşu rayonların birində kirayə ev tutub və birgə yaşamaları barədə qabaqcadan razılaşıblar.
Niyazi 6 aprel 2017-ci ildə, gecə saat 02-də Natəvan Babayevanın yaşadığı evin mətbəx otağının pəncərəsinə yaxınlaşıb. Sonuncu şəxsi istifadəsində olan geyim, bəzək və kosmetik əşyalarını yığdığı dörd ədəd çantanı özü ilə götürüb. Sonra o, Niyazi ilə həmkəndlisi Cavad Əbişova məxsus faktiki olaraq heç kimin yaşamadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən, döşəməsi samanla örtülü olan tövləyə gəlib. Onlar orada gizləniblər.
Cinsi əlaqə təklifi
Niyazi Təhməzov həmin günü saat 04-də Natəvanı tövlədə tək qoyub və səhəri günü geri qayıtmaq şərti ilə yaşadığı evə gedib. Ertəsi gün, saat 20-də tövləyə qayıdan Niyazi Natəvan Babayevaya anal cinsi əlaqəyə girməyi təklif edib.
Zorakılıq və cinsi əlaqə
Lakin Natəvan Babayeva onun bu təklifinə razı olmayıb. Niyazi isə cinsi ehtirasını təmin etmək üçün Natəvan Babayevanın üzərinə hücum edib, ona zor tətbiq edib. O, Natəvana xəsarət yetirərək, onunla cinsi əlaqədə olub.
Niyazi Təhməzov Natəvan Babayevanın onun ikinci arvadı olmağa razılıq verməsinə baxmayaraq, onunla anal cinsi əlaqədə olmaqdan imtina etməsindən, həmçinin ona qarşı fəal müqavimət göstərməsindən əsəbiləşib.