Triatlon Federasiyası ilə yekun vurdu


İdman 26 Dek 2017 13:50:00 258 0

Triatlon Federasiyası ilə yekun vurdu

Azərbaycan Triatlon Federasiyası (ATF) İcraiyyə Komitəsinin 2017-ci il uçun son iclası keçirilib.

Goal.az xəbər verir ki, iclasda yığma komandanın cari mövsümdə qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə gələn il üçün planlar müzakirə edilib.

Qurumun prezidenti Azər Məhərrəmov bu ilin idman nəticələri və qurumun fəaliyyəti baxımından uğurlu olduğunu vurğulayıb. Komandamızin lideri olan Rostislav Pevtsovun bir neçə parlaq nəticələri əldə edib. Cari il R.Pevtsov Avropa Kubokunda, həmcinin Afrika və Asia Açıq çempionatlarında qələbə qazanıb, Çin və Koreyada keçirilən Dünya Kuboklarında gümüş medala layiq görülüb. Carı mövsümdə keçirilən Avropa Kuboklarının ümumi hesabında idmançımız 2-ci olub.

Kseniya Levkovskaya isə Açıq Afrika Kubokunda qızıl medalı əldə edib. Darina Moskalenko isə bu il elitada öz qücünü sınayıb.

ATF-in vitse-prezidenti Rüstəm İbrahimov yeni olimpiya dövrü barədə danişıb. Qələn ildən İdmançılar “Tokyo-2020” Olimpiadasında iştirak etmək üçün artıq xallar yığmağa başlayacaglar.

Qələn dövrəsində triatlonçularımız iki olimpiya lisenziyası uğrunda mübarizə apara bilərlər.

ATF-in baş katibi Cavad Axundzadə Azərbaycanda triatlon idmanının inkişafından söhbət açaraq deyib: "Bizim bir neçə perspektivli idmançımız var. Onlara ümidimiz çoxdur. Bundan əlavə seleksiya işi aparılır. Əlbəttə, triatlon idmanın spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil, ona görə də idmanın bu növünün populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər".