Bakıda evdən külli miqdarda pul və qızıl oğurlayan qadın tutuldu


Kriminal 26 Dek 2017 13:27:00 220 0

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlayan qadın tutuldu

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb.