Yeni ildə Türkiyədə terror aktı törətməyi planlaşdıran 12 nəfər tutulub


Dünya 26 Dek 2017 12:51:32 287 0

Yeni ildə Türkiyədə terror aktı törətməyi planlaşdıran 12 nəfər tutulub

Onların ikisi Suriya vətəndaşıdır

Yeni il bayramında Türkiyədə terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 12 İŞİD-çi saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçuların tutulması üçün ölkənin Adana şəhərində əməliyyat keçirilib.

Məlumata görə, onların ikisi Suriya vətəndaşıdır.

Qeyd edək ki, bu ilin noyabrında Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi terrorçu İŞİD qruplaşmasının üzvü olan 283 şübhəlini saxlayıb.