Təranə və Nazənin qalmaqalına Xoşqədəm qarışdı: "... bunlardan utanıram"


Şou-biznes 26 Dek 2017 12:55:00 395 0

Təranə və Nazənin qalmaqalına Xoşqədəm qarışdı: "... bunlardan utanıram"

Uzun müddətdir müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral aparıcı Xoşqədəm Hidayətqızından kömək istəyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Təranə "Səni axtarıram" verilişinə çıxıb.

X.Hidayətqızı ifaçılar arasındakı qalmaqala münasibət bildirib. O, hər iki tərəfi qınayıb:

"Sizin davalarınız toyunuza da təsir edəcək. Ailə düşünəcək ki, bunları toya gətirim, ya yox? Mənə Təranə dedi ki, özümü öldürməyə gəlib çatmışam. Ölkələr arasında qırğın gedir, ölənlər olur, sonra barışırlar. Təranə ilə Nazənin nəyi bölüşə bilmir? Təranə mənə müraciət etdi, kömək istəyəni geri qaytarmıram. Qadın olaraq bunlardan utanıram. Təranə barışmaq istəmir. Mən də onu məcbur etməyəcəm. Nazənin deyir ki, oğlum nazirlikdə çalışır, biabır olacaq. Təranə deyir, oğlumla bağlı video yayıb. Təranə deyir Musanın, Nazənin deyir oğlumun əlindən xəta çıxacaq. Təranə video gətirib, bunu yayımlayıb, oğlunu biabır etmək istəmirəm. Mənə sənin prodüserin zəng etməsin. Niyə mən sənin prodüserinlə danışmalıyam? Mənim məqsədim barışıq etməkdir".