Bu ev 500 milyon dollara satılır FOTO


Digərləri 26 Dek 2017 12:10:00 261 0

Bu ev 500 milyon dollara satılır  FOTO

ABŞ-dakı ən bahalı evi satın almaq istərdiniz?

ABŞ-ın Los-Anceles şəhərində, Beverli-Hills səmtində "The One" adlı villa 500 milyon dollara satışa çıxarılıb.

"Təsəvvür edin ki, milyardersiniz və Los-Anceles şəhərinə yenicə köçübsünüz. Burada kimsəni tanımırsınız və yeni satın aldığınız evdə partilər keçirmək istəyirsiniz. Hamının sizi tanımasını istəyirsiniz, amma siz kiminləsə danışmaq istəmirsiniz. Belədirsə, VİP otağınızda kresloya əyləşirsiniz və bununla da iş bitir", - Los-Ancelesin tanınmış developerlərindən biri Nil Niyami deyir.

Son.az New York Times-a istinadən bildirir ki, yaşayış sahəsi 9290 kvadrat metr olan bu nəhəng evdə gecə barı, 12 qarderob otağı, işıq diodlu tavanlar, hovuzlar, 20 yataq otağı, 11 mətbəx, 22 vanna otağı var, 2 spa, 3 əyləncə otağı, 2 ev kinoteatrı, 2 fitnes zalı, şərab zirzəmisi var. Qulluqçular üçün 7 yataq otaqlı ayrıca ev var.

5 lifti olan ev sahibinin yataq otağının sahəsi 510 kvadrat metrdir.