26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi


Digərləri 26 Dek 2017 11:38:56 234 0

26 yaşlı gənc sərxoş halda avtomobil oğurladı, qəza törətdi

Tovuzda avtomobil oğrusu qəza törədib.

Bakı. Samir Əli - Tovuzda avtomobil oğrusu qəza törədib. Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Xatınlı kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Əli Firudin oğlu sərxoş vəziyyətdə rayonun Aşağı Quşçu kəndinə gələrək oradan "VAZ" markalı avtomobili oğurlayıb. Ə.Rüstəmov həmin avtomobili qaçırmaq istəyərkən rayon ərazisində idarəetməni itirərək qarşı yola çıxıb və nəticədə iki avtomobillə toqquşub.