Azər Türk Bank "Möcüzə var" xeyriyyə aksiyasına dəstək verdi


Digərləri 26 Dek 2017 11:15:00 301 0

Azər Türk Bank "Möcüzə var" xeyriyyə aksiyasına dəstək verdi

Dövlət bankı Azər Türk Bank, Həyat Fondu və Beat Group şirkətinin birgə tərəfdaşlığı ilə 23 dekabr tarixindən etibarən Bakıda  "Möcüzə var" adlı xeyriyyə aksiyası başlamışdır. Təşkilatçılar yanvarın 14-ə kimi, hər həftənin şənbə və bazar günləri bakılıları və şəhərimizin qonaqlarını Gənclik Mall ticarət mərkəzinə, tanınmış sənətçilərin konserti ilə müşayiət olunan xeyriyyə tədbirinə dəvət edirlər. Bundan əlavə, xeyriyyə məqsədi ilə, 28 Mall, Port Baku Mall, "Bravo" supermarketləri, CinemaPlus zallarında və Beat Group restoranlarında  ianə vermək istəyi olan müştərilər üçün şərait yaradılmışdır.

Toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcəkdir.