Yarıçılpaq qadın İsa heykəlini oğurlamaq istədi "Allah qadındır" VİDEO FOTO


Dünya 26 Dek 2017 10:40:00 308 0

Yarıçılpaq qadın İsa heykəlini oğurlamaq istədi  "Allah qadındır"  VİDEO  FOTO

Yarıçılpaq sekstremist (seksi əsas gətirərək etiraz edən şəxs, feministlərin özlərinə verdikləri ad) qadın Vatikandakı Müqəddəs Peter meydanındakı məbəddən İsa heykəlini oğurlamaq istəyərkən tutulub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Məryəmin qucağındakı uşağı oğurlamaq istəyən feminist polislər tərəfindən saxlanılıb. Hadisə Papa 1-ci Fransiskin çıxışından 2 saat əvvəl baş verib. Qadının kimliyi bilinib. Alisa Vinogradova adlı qızın feministlər qrupunun üzvü olduğu təsdiqlənib.

Bu vaxt Röyter agentliyinin fotoqrafı da həmin ərazidə olub. Onun dediyinə görə, Alisa məbədə yaxınlaşanda "Allah qadındır" deyə qışqırıb.

Videodan göründüyü kimi onun kürəyində də bu sözlər yazılıb.


Xəbərə aid fotolar