Kubada fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb


Dünya 26 Dek 2017 08:08:13 288 0

Kubada fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb

8 nəfər ağır vəziyyətdədir

Kubanın Remedios şəhərində keçirilən festival zamanı fişənglərin partlaması nəticəsində 39 nəfər yanıq xəsarəti alıb.

“Report” xəbər verir ki, bu barədə yerli televiziyaya istinadən TASS məlumat yayıb.

Hadisə dekabrın 25-nə keçən gecə, şəhərin mərkəzi parkı ərazisində baş verib. İlkin məlumatlara görə, partlayış fişəng kisəsinə düşən qığılcım nəticəsində qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların arasında 11-15 yaş aralığında uşaqlar da var. 8 nəfər ağır vəziyyətdədir.