Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası nə vaxt başa çatacaq? - NATO-dan ÖZƏL cavab


Digərləri 26 Dek 2017 08:03:53 197 0

Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası nə vaxt başa çatacaq? - NATO-dan ÖZƏL cavab

NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasının başa çatma tarixi yoxdur.

Bakı. Ləman Zeynalova - NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyasının başa çatma tarixi yoxdur. Bunu Trend-ə və Azernews-a müsahibədə NATO-nun rəsmi nümayəndəsi deyib. O bildirib: “Vəziyyət hələ də çətin olsa da, Əfqanıstan Silahlı Qüvvələri müəyyən irəliləyiş əldə edib. Əfqanstan xüsusi təyinatlıları bütün əməliyyatların 80 faizini müstəqil şəkildə həyata keçirib”. NATO nümayəndəsi qeyd edib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçuluqla mübarizəni davam etdirir: “Biz bu ölkənin təhlükəsizlik qüvvələrinə dəstəyimizi “Qətiyyətli dəstək” missiyası çərçivəsində treninqlər və məsləhətləşmələr keçirməklə davam etdiririk”.