Yeni üçölçülü printer dərmanlar çap edəcək


Digərləri 26 Dek 2017 07:11:00 241 0

Yeni üçölçülü printer dərmanlar çap edəcək

ABŞ-ın Rod-Aylend ştatının "Vitae Industries" startapı tibbi müəssisələr üçün üçölçülü printer ixtira edib. "AutoCompounder" adlanan qurğu reseptə görə dərman həbləri yaratmağa imkan verir.   Son.az ICTnews-a istinadən bildirir ki, toster və ya çaydan ölçüsündə olan qurğu müxtəlif komponentli dərman həbləri çap edir. Lazımi dərmanı yaratmaq üçün xüsusi proqramda onun tərkibini seçərək çap komandasını vermək tələb olunur. "AutoCompounder" printerindən ciddi məhdudlaşdırılmış dozalı dərmanlara ehtiyac duyulanda istifadə nəzərdə  tutulur. Bu halda qurğu konkret xəstəyə uyğun dərman yaradacaq.   Məlumata görə, dərman və həblərin çap prosesi üçün 10 dəqiqə lazımdır. "AutoCompounder" printerinin qiymətinin 5 min dollar təşkil etməsi səbəbindən ondan istifadə hələlik məhduddur.