Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib


Sosial 26 Dek 2017 06:30:36 328 0

Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib

Bu zona 536,52 hektarlıq sahədə müəyyən olunub

Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 536,52 hektarlıq sahədə təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Sanitariya-mühafizə zonaları qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə müəyyən edilir.